Qətər bütün futbol turnirləri və oyunlarının bu gündən etibarən növbəti açıqlamaya qədər dayandırıldığını elan edib.
Offsideplus.az xəbər verir ki, qərarın səbəbi regionda baş verən müharibələrdir.
Bu qərar isə qarşıdakı həftələrdə keçirilməsi planlaşdırılan "Finalissima" oyunu öncəsi diqqət çəkir. Belə ki, oyunda İspaniya millisi ilə Argentina millisi üz-üzə gəlməlidir.
Mövcud vəziyyətin oyunun keçirilməsinə təsir edib-etməyəcəyi hələlik məlum deyil.



