İngiltərə Premyer Liqasının 28-ci turunda "Lids" və "Mançester Siti" üz-üzə gəlib.
Offsideplus.az xəbər verir ki, görüş "şəhərlilər"in 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Görüşdə Ramazan ayı olduğu üçün oruc tutanlara görə matç zamanı 1-2 dəqiqəlik fasilə verilib.
Bu zaman "Lids"li azarkeşlər fitləməyə başlayıblar.
MS-nin baş məşqçisi Pep Qvardiola görüşdən sonra azarkeşlərin bu hərəkətinə sərt reaksiya verib:
"Ramazandır, oruc tutan insanlar var. Oyuna 1-2 dəqiqə ara veriləndə niyə etiraz edib hay-küy salırsınız? Dinlərə qarşı hörmətli olun! Axı biz müasir dünyada yaşayırıq. Açın bir baxın dünyada nələr baş verir, bu gün nələr olub. Əsas məsələ bütün dinlərə hörmət etməkdir. Problem nədir ki"?


