Misli Premyer Liqasının XXII turunda "Sabah" "Qarabağ" səfərində 3:3 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında Masazır komandasının baş məşqçisi Valdas Dambrauskas matçı şərh edib:
"20 minlik tribunalarda boş yer var idi. Düşünürəm ki, bu oyun Çempionlar Liqası matçlarından geri qalmırdı. Bugünkü qarşılaşmada hər şey var idi. Əsl triller idi. Məndən oyundan əvvəl soruşsaydınız ki, 3:0 hesabı ilə öndə olanda düşündük ki, xallar itirdik. "Qarabağ"ı təbrik edirəm ki, onlar geridönüş edə bildilər. Oyundan çıxaracağımız dərs var. Konsentrasiya əskikliyi, təcrübə və rəqib öz sözünü dedi.
Xəyalın dəyişikliyi məcburi əvəzetmə idi. Mikelsi daha az oynatmağı nəzərdə tutmuşduq. Amma Xəyal zədələndi deyə başqa şansımız qalmadı. Hakim idarəçiliyinə gəlincə, hakimlər də insandır. Hər kəs səhv edə bilər. Mən öz oyunçularımdan məsulam, Hakimlər Komitəsi da hakimlərdən".


