“Qarabağ”ın müdafiəçisi Bəhlul Mustafazadə əməliyyat olunub.
Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
B. Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.



