İngiltərəli futbolçunun karyerası bitirilə bilər

Offsideplus.az xəbər verir ki, “Liverpul”un hücumçusu Daniel Starridcin adı bukmeker kontorlarda hallanır. Belə ki, futbolçunun mərc oyunlarında iştirak etdiyi və bunun sübut ediləcəyi təqdirdə karyerasının bitəcəyi bildirilib.

Məsələ ilə yaxından maraqlanan İngiltərə Futbol Federasiyası isə D.Starridcə noyabrın 20-sinə qədər vaxt verib. Əgər bu vaxta qədər futbolçu özünü təmizə çıxara bilməsə, karyerası bitəcək.