“Tottenhem” rəhbərliyi baş məşqçi Tomas Frankla yolların ayrılması halında Maurisio Poçettinonun kluba mümkün qayıdışını nəzərdən keçirə bilər.

Offsideplus.az xəbər verir ki, klub rəhbərliyi potensial namizədlər siyahısında Poçettinonun adını yenidən müzakirəyə çıxarmağa hazırdır.

Argentinalı mütəxəssis daha əvvəl “Tottenhem”də uğurlu dövr keçirmiş və klubla Premyer Liqada yüksək nəticələr əldə etmişdi.

Hazırda Tomas Frankın gələcəyi ilə bağlı yekun qərar verilməsə də, mümkün istefa halında Poçettinonun “Tottenhem” üçün əsas variantlardan biri olacağı bildirilir.