Bakıda "Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının əsas mərhələsinin oyununun təyinatları açıqlanıb.

Offsideplus.az xəbər verir ki, matçı  İsveçrədən olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Sandro Şerer olacaq. Ona həmyerliləri Stefan De Almeyda və Yonas Erni kömək göstərəcək. 

Dördüncü hakim funksiyasını Yohannes fon Mandak yerinə yetirəcək. VAR-da Fedayi San, AVAR-da Lukas Fendrix əyləşəcəklər. UEFA nümayəndəsi isə isveçli Per Eliasson olacaq.

Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.