“Barcelona”nın futbolçusu Lamin Yamalın “Real Sosyedad”a vurduğu qolla bağlı VAR sistemində kadr seçimi xətası olduğu bildirilir.
Offsideplus.az xəbər verir ki, VAR tərəfindən istifadə olunan kadr Jül Kundenin ilk toxunuşu ilə üst-üstə düşmür. Həmin anda Lamin Yamalın ayağı açıq şəkildə yerə basılı vəziyyətdə olub və ofsayd mövqeyi görünmür.
Buna baxmayaraq, VAR daha sonrakı bir kadrı əsas götürüb. Bu isə epizodun yanlış qiymətləndirilməsinə, ofsayd qərarının təhrif olunmuş formada təqdim edilməsinə səbəb olub.



