"Qarabağ" - "Ayntraxt" oyununa indiyədək satılmış biletlərin sayı məlum olub.
Offsideplus.az xəbər verir ki, bu barədə Azərbaycan çempionu məlumat yayıb.
Bildirilib ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda keçiriləcək "Qarabağ" - "Ayntraxt" oyununa indəyək 24 500 bilet satılıb.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" matçı yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 21:45-də start götürəcək.


