“Barselona” klubu baş məşqçi Hansi Fliki mümkün qədər uzun müddət komandada saxlamaq niyyətindədir.

Offsideplus.az xəbər verir ki, lakin klub rəhbərliyi eyni zamanda gələcək üçün alternativ planlar üzərində də işləyir.

“Barselona” rəhbərliyi əsas komanda üçün iki namizədi mümkün gələcək baş məşqçi kimi nəzərdən keçirir. Bunlar:

  • Luis Enrike
  • Mikel Arteta

Hər iki mütəxəssis klub daxilində yüksək qiymətləndirilir və uzunmüddətli perspektiv üçün uyğun variantlar hesab olunur. Hazırda əsas prioritet Hansi Flikin layihəsini davam etdirmək olsa da,  rəhbərlik mümkün dəyişikliklərə qarşı hazırlıqlı olmağa çalışır.