"Ayntraxt" "Qarabağ"la matça 3 gün qalmış baş məşqçisi Dino Topmöllerlə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, onun yerinə müvəqqəti olaraq 2 mütəxəssis gətirilib.
Bunlar, U-21-ə rəhbərlik edən Dennis Şmidt və U-19-un baş məşqçisi Aleksandr Mayerdir.
Bakıdakı oyuna Frankfurt təmsilçisini bu mütəxəssislər çıxaracaq.
A. Mayer futbolçu karyerasının böyük hissəsini "Ayntraxt"da keçirib.
O, "Qarabağ"la keçirilən matçlarda da meydanda olub. 2013-cü ildə baş tutan oyunlarda Mayer 3 qol vurmağı bacarıb.
Qeyd edək ki, "Qarabağ" - "Ayntraxt" oyunu yanvarın 21-i, Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.


