Gəncə İdman Sarayında yeni cüdo zalı istifadəyə verilib
Offisdeplus.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Ümumi sahəsi 483 kvadratmetr olan yeni idman məkanı müasir standartlara uyğun tatamilərlə tam təchiz olunub. İdmançıların rahatlığı üçün burada geniş məşq otaqları ilə yanaşı, müasir paltardəyişmə otaqları da qurulub.
Yeni açılan zal 300-dən çox cüdoçunun eyni vaxtda məşqlərə cəlb olunmasına imkan yaradacaq.


