Azərbaycan Basketbol Liqasında XVIII tura start verilib.
Offsideplus.az xəbər verir ki, "Quba" evdə "Sumqayıt"la üz-üzə gəlib.
Quba Olimpiya İdman Kompleksində baş tutan qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 117:116.
Günün son matçı "Sərhədçi" İdman Mərkəzində "Sərhədçi" və "Ordu" klubları arasında keçiriləcək.


