“Bizim üçün kubok çox vacibdir”.
Offsideplus.az xəbər verir ki, bu sözləri “Turan Tovuz”un məşqçisi Ruslan Abışov Bizon Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab görüşü çərçivəsində "Kəpəz"lə matçdan sonra deyib.
Mütəxəssis iki cavabsız qolla qalib gəldikləri oyunla bağlı fikirlərini bölüşüb:“İlk oyunda qələbə qazansaq da, bu, bizim üçün heç nəyi dəyişmirdi. Matça ciddi hazırlaşmışdıq. Erkən qol komandada bir qədər arxayınlıq yaratdı. Bu da oyuna təsirini göstərirdi. İkinci hissənin əvvəlində vurduğumuz qoldan sonra ümumi hesabda 3:0 öndə idik. Əks-hücumlarda epizodlar yaradıb daha çox qol vura bilərdik. Artıq bu matçı unudub çempionat oyununa hazırlaşacağıq. Kubokda hədəfimiz böyükdür, finala qədər getmək istəyirik.
Qeyd edək ki, "Turan Tovuz" Azərbaycan Kubokunun yarımfinalında "Zirə" ilə üz-üzə gələcək.


