Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə vəsiqə qazanan daha bir komanda bəlli olub.
Offsideplus.az xəbər verir ki, "Turan Tovuz" 1/4 final mərhələsinin cavab oyununda "Kəpəz"i iki cavabsız qolla qalib gəlib.
13-cü dəqiqədə Xorxe Silva, 51-ci dəqiqədə Hayderson Hurtado adını tabloya yazdırıb.
İlk görüşdə 1:0 hesabı ilə qalib gələn "Turan Tovuz" növbəti raundda iştirak hüququ əldə edib. Tovuz təmsilçisi yarımfinalda "Zirə" ilə üz-üzə gələcək.


