"Gərgin oyun alındı”.

Offsideplus.az xəbər verir ki, bu sözləri "Quba"nın baş məşqçisi Şəhriyar Əsgərov "Sumqayıt"la(116:117) matçdan sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb: “İlk dəqiqələrdə müdafiədə çox səhvə yol verdik. Belədə, rəqib hesabda çox böyük fərq yaratdı. Amma sonradan onlara çatmaq qeyri-mümkün görünürdü. Lakin bunu bacardıq. Yaxşı mübarizə apardıq. Matçın nəticəsi xeyrimizə ola bilərdi. Sadəcə son saniyə atışımız uğur olmadı və uduzduq. Oyunçularım əllərindən gələni etdilər. Sadəcə dediyim kimi, 1-ci və 2-ci hissədə müdafiəmiz zəif çıxış etdi. Rəqibə boşluqlar verdik. "Sumqayıt"ı təbrik edirəm, onların atışları uğurlu alındı. Komandamız isə əzmkarlıq göstərdi. Hər iki komandaya oynadıqları oyuna görə böyük təşəkkür düşür. Çox maraqlı matç olduq. Azarkeş dəstəyimiz də var idi, sağ olsunlar, sona qədər bizi dəstəklədilər. Onlara da minnətdaram. Gələcəyə nikbin baxırıq. Müntəzəm çempionatda iki oyunumuz qaldı. Onları da qalib başa vurub, bacardığımız qədər pley-in mərhələsibə yüksək yerdə başlamaq istəyirik. Mübarizə davam edir".