Mərakeş millisində baş məşqçi dəyişikliyi olub.
Offsideplus.az xəbər verir ki, bu barədə "L`Equipe" məlumat yayıb.
Məlumata görə, komanda Valid Reqraqi ilə yollarını ayırıb. Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləni ləğv ediblər.
Bu posta əvvəllər Mərakeşin U-20 yığmasında çalışmış Məhəmməd Vəhbinin təyinatı gözlənilir.
Qeyd edək ki, Reqraqi 2022-ci ildən Mərakeş millisini çalışdırırdı.


