Almaniyada Şimal-Şərq Regional Liqasında 20-ci turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun çıxış etdiyi Berlin “Dinamo”su evdə "Proyssen"i qəbul edib.

Matç meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Dadaşov oyunun 58 və 80-ci dəqiqələrində fərqlənib.

Bu dubldan sonra 34 yaşlı futbolçu cari mövsüm çempionatda vurduğu qolların sayını 4-ə çatdırıb. 

Qeyd edək ki, 14 xalı olan "Dinamo" hazırda turnir cədvəlində 20-ci yerdə qərarlaşıb.