PSJ-nin baş məşqçisi Luis Enrike ikinci dəfə “Barselona”ya qayıda bilər.
Offsideplus.az “El Nacional”a istinadən verir ki, mütəxəssisin 2027-ci ildə Katalon klubuna keçidi gündəmdədir.
İspan çalışdırıcının özünün də bu təyinatda maraqlı olduğu deyilir.
O, "Barselona"ya keçəcəyi təqdirdə PSJ-nin cinah oyunçusu Bredli Barkolanı da özü ilə aparmaq istəyir.
Qeyd edək ki, Luis Enrike 2014-cü ildən 2017-ci ilə qədər Kataloniya klubunun baş məşqçisi vəzifəsində çalışıb.


