Seneqal ev sahibi Mərakeşi məğlub edərək Afrika Millətlər Kubokunun qalibi olub.

Offsideplus.az xəbər verir ki, görüşün əsas vaxtının sonlarına yaxın hakim Seneqalın qapısına penalti təyin edib. Bu zaman baş məşqçi Pap Tyav komandasını meydandan çıxarmaq istəyib.

Lakin Sadio Mane onları geri qaytarıb. Mane bu anları belə dəyərləndirib:

"Hakim səhv edə bilər, ona görə də onu mühakimə etmək ədalətli deyil. Ən əsası isə, mən bunu bütün dünya insanları üçün etdim, onlar oyuna baxmaq istəyirdilər".