"Qalatasaray" ilk transferini bitirməyə yaxındır.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" Noa Lanqla şəxsi razılıq əldə ediblər. Onun klubu "Napoli" ilə son danışıqlar gedir.

Tərəflər razılaşmağa yaxındır.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Keçidin satınalma hüququ ilə birlikdə icarə əsasında olacağı gözlənilir.

N. Lanq 2025-ci ilin yayında "Napoli"yə qoşulub. 26 yaşlı vinger cari mövsüm 26 oyunda 1 qol vurub və 2 məhsuldar ötürməyə imza atıb.