Domeniko Tedeskonun rəhbərlik etdiyi “Fənərbağça” Türkiyə Superliqasının 18-ci turu çərçivəsində səfərdə “Alanyaspor”un qonağı olub.

Offsideplus.az xəbər verir ki, gərgin keçən qarşılaşmada İstanbul təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Ev sahibi komandanın qollarını 3-cü dəqiqədə Florent Hadergjonaj və 27-ci dəqiqədə Gaius Makouta vurub. “Fənərbağça”nın qollarına isə 9 və 78-ci dəqiqələrdə Anderson Talişka, 52-ci dəqiqədə Musaba imza atıb.

Bu qələbə ilə “Fənərbağça” “Qalatasaray”ın xal itirdiyi turdan maksimum yararlanaraq xallarının sayını 42-yə çatdırıb və zirvə ilə fərqi 1 xala endirib. “Alanyaspor” isə 21 xalla mövqeyini qoruyub.

“Fənərbağça” növbəti turda Kadıköydə “Göztəpə”ni qəbul edəcək. “Alanyaspor” isə səfərdə “Çaykur Rizəspor”la qarşılaşacaq.