Seneqal Afrika Millətlər Kubokunun qalibi oldu.

Offsideplus.az xəbər verir ki, Seneqal yığması dramatik qarşılaşmada Mərakeşi əlavə vaxtda 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə AFCON kubokunu qazanıb.

Qarşılaşmanın taleyini "Vilyarreal"ın futbolçusu Pape Queyenin əlavə vaxtda vurduğu möhtəşəm qol həll edib.

Oyunun əsas vaxtının sonlarında Mərakeş böyük fürsət əldə etsə də, Brahim Diazın penaltidən vurduğu Panenka zərbəsi birbaşa qapıçı Eduard Mendinin üzərinə gedib və qol olmayıb.

Matçdan əvvəl isə gərgin anlar yaşanıb. Seneqalın baş məşqçisi Pape Thiav təyin olunan penaltiyə və ondan bir neçə dəqiqə əvvəl Ismaila Sarrın qolunun mübahisəli şəkildə ləğv edilməsinə etiraz olaraq futbolçularını meydandan kənara çağırıb. Bu səbəbdən oyunda uzun fasilə yaranıb.

Qeyd edək ki, Seneqal daha əvvəl 2021-ci ildə Afrika Millətlər Kubokunu qazanmışdı və bununla da turnirdə ikinci çempionluğunu rəsmiləşdirib.