Ukrayna yığmasının üzvü Aleksandr Zinçenkonun yeni klubu məlum olub.

Offsideplus.az xəbər verir ki, "Ayaks" ukraynalı futbolçunu heyətinə cəlb edib. O, cari mövsümün sonunadək icarə əsasında Amsterdam təmsilçisində çıxış edəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Zinçenko mövsümün ilk yarısını "Nottingem Forest"də keçirib. O, müqavilə ilə "Arsenal"a məxsusdur.