Afrika Millətlər Kuboku finalında Mərakeşin lehinə 90+8 dəqiqədə verilən penalti qərarından sonra Seneqal yığması meydanı tərk edib. 

Offsideplus.az xəbər verir ki, Sadio Mane komandasını meydana qaytarmağa çalışıb və futbolçular meydana qayıdandan sonra penalti zərbəsi yerinə yetirilib.

Brahim Diazın bərbad panenka zərbəsi cəhdinin qarşısını Seneqal qapıçısı alıb. 

Video görüntüləri təqdim edirik: