Dünya futbolunun ulduzu Kilian Mbappe qatıldığı "The Bridge" adlı podkast verilişində öz kökləri və ailə seçimləri ilə bağlı səmimi açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, Fransa milli komandasının kapitanı əgər bu ölkəni seçməsəydi, hansı millinin şərəfini qoruyacağı ilə bağlı sualı cavablandırıb.

Ulduz futbolçunun müsahibəsindən maraqlı məqamlar:

  • Kamerun yoxsa Əlcəzair? "Mən Kamerun mədəniyyəti ilə daha çox böyümüşəm, çünki Kamerunlu ailəmə daha yaxın olmuşam. Amma illər keçdikcə Əlcəzairli tərəfimlə də çox yaxınlaşdım. Əgər Fransa olmasaydı, yəqin ki, Kamerun üçün oynayardım."

  • Qardaşı Etan haqqında zarafat: Mbappe zarafatla qeyd edib ki, ailə balansını qorumaq üçün qardaşını digər tərəfə yönləndirərdi: "Mən Kamerunu seçərdim, qardaşım Etan Mbappeni isə Əlcəzairə göndərərdim (gülür)."

  • Əlcəzair arzusu: "Heç vaxt Əlcəzairdə olmamışam, amma ora getməyi çox istəyirəm. İnsanlar mənim Əlcəzairə önəm vermədiyimi düşünürlər, çünki Kameruna tez-tez gedirəm. Amma mən öz Əlcəzairli tərəfimə də çox bağlıyam."

Qeyd edək ki, Kilianın atası Vilfrid Kamerun, anası Fayza Lamari isə Əlcəzair əsillidir. Hazırda ulduz futbolçunun qardaşı Etan Mbappenin hansı milli komandanı (Fransa, Kamerun və ya Əlcəzair) seçəcəyi idman mediasında ən çox müzakirə olunan mövzulardan biridir.