"Barselona"nın baş məşqçisi Hansi Flik "Real Sosyedad"la oyunun hakimi Xil Manzanodan narazı qalıb.

Offsideplus.az xəbər verir ki, almaniyalı mütəxəssis bu barədə bunları deyib:

"Mən həmişə La Liqadakı hakimlər barədə yüksək fikirdə olmuşam. Çox yaxşı hakimlərimiz var. Amma bir hakimdən başqa. Hamı onun necə biri olduğunu bilir. Frenki mənə hakimin təkəbbürlü olduğunu dedi və haqlı idi. Hamı onun bu gecə nə etdiyini gördü".

Qeyd edək ki, görüş "Real Sosyedad"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Matç ərzində "Barselona"nın 3 qolu qeydə alınmayıb.