Kobbi Meynunun “Mançester Yunayted”dən ayrılması ilə bağlı ehtimallar gündəmdə olsa da, yarımmüdafiəçinin klubda qalacağı gözlənilir.
Offsideplus.az xəbər verir ki, buna səbəb komandanın məşqçilərindən Maykl Kerrikin ona qısa müddətdə göstərdiyi etimad olub.
Meynu müntəzəm oynamaq və inkişaf etmək üçün icarə variantını nəzərdən keçirirdi. Lakin bu, daimi ayrılıq anlamına gəlmirdi və futbolçu klubdan birdəfəlik getməyi heç vaxt planlaşdırmayıb.


