Brahim Diaz yaşadığı məyusluqdan sonra sosial şəbəkə vasitəsilə emosional açıqlama verib.
Offsideplus.az xəbər verir ki, futbolçu ona göstərilən dəstəyə görə azarkeşlərə təşəkkür etsə də, etdiyi səhvə görə bütün məsuliyyəti üzərinə götürdüyünü bildirib.
Díaz qeyd edib ki, aldığı sevgi və dəstək sayəsində bu kuboku qazanmağı xəyal edib və heç vaxt özünü tək hiss etməyib:
“Meydanda hər şeyimi verdim, hər şeydən əvvəl ürəyimlə mübarizə apardım”.
Futbolçu dünən səhv etdiyini etiraf edərək səmimi şəkildə üzr istəyib:
“Dünən səhv etdim və bütün məsuliyyəti üzərimə götürürəm. Ürəkdən üzr istəyirəm”.
Brahim Díaz əlavə edib ki, toparlanmaq onun üçün asan olmayacaq:
“Bu yara tez sağalmayacaq, amma çalışacağam. Özüm üçün yox, mənə inanan və mənimlə birlikdə əziyyət çəkən hər kəs üçün”.
Sonda isə o, gələcək üçün ümidli mesaj verib:
“Bir gün bu sevginin qarşılığını verə bilmək və Mərakeş xalqı üçün qürur mənbəyi olmaq adına yoluma davam edəcəyəm”.


