Qarabağ-ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Portuqaliyanın Sporting klubu baş məşqçi Joze Pezeyrunu istefaya göndərib.

Offsideplus.az məlumatına görə, klubun rəsmi saytı heç bir səbəb açıqlamayıb.
Lissabon komandasını Portuqaliya Primeyrasında səfərdə "Santa Klara"ya 2:1 hesabı ilə qalib gəldikləri IX tur oyununa Tyaqu Fernandeş çıxarıb. Bu qələbədən sonra Sporting 19 xalla 3-cü pilləyə yüksəlib. Avropa Liqasında isə "zolaqlılar" 6 xalla 2-ci yerdə gedirlər. Növbəti görüş noyabrın 8-də Avroliqanın IV turu çərçivəsində İngiltərə Arsenal-ına qarşı olacaq.
Qeyd edək ki, Sporting sentyabrın 20-də Qarabağ-la Lissabonda keçirdiyi görüşdə qələbə qazanıb - 2:0. Bu komandalar Bakıda noyabrın 29-da qarşılaşacaqlar.