Portuqaliyanın Sporting klubunun futbolçusu Sebaistian Koates komanda yoldaşının həyatını xilas edib.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı müdafiəçi Portuqaliya Primeyrasının VII turunda Portimonensi ilə səfər oyununda komandanın qapıçısı Romen Salenin dirəklə toqquşmasından sonra ona ilkin yardım edib. Uruqvaylı oyunçu həmin anda həkimlərin müdaxiləsindən öncə əlini komanda yoldaşının ağzına salıb və dilinin qatlanmasının qarşısını alıb.
Qarşılaşma Sporting-in məğlubiyyəti ilə yekunlaşıb – 2:4.
Xatırladaq ki, Sporting Avropo Liqasında Qarabağ-la birgə E qrupunda mübarizə aparır.