İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Benfika"nın yarımmüdafiəçisi Ruben Nevesə "elçi düşüb".

"Qırmızı şeytanlar" 19 yaşlı futbolçu üçün qarşı tərəfə təklif yollasa da, "yox" cavabı alıb.

Belə ki, "Benfika" Nevesi satmağı planlaşdırmır.