"Barselona" Miralem Pyaniçlə yollarını ayırmağa hazırlaşır.
Offsideplus.az AS nəşrinə istinadən xəbər verir ki, Kataloniya klubunun çalışdırıcısı Xavi 32 yaşlı bosniyalı yarımmüdafiəçini yeni mövsüm üçün planlarında düşünmür. Onunla hazırda "Sportinq" ( Lissabon ) yaxından maraqlanır.
Qeyd edək ki, Pyaniç ötən mövsüm icarə əsasında "Beşiktaş"da çıxış edib.