Portuqaliya millisinin baş məşqçisi Fernando Santoş Qətərlə Macarıstanda keçirəcəkləri yoldaşlıq görüşündən əvvəl mətbuat konfransında çıxış edib. 

Offsideplus.az xəbər verir ki, 67 yaşlı mütəxəssis İrlaniyanı 2:1 hesabı ilə məğlub etdiklər 2022-ci il dünya çempionatının seçmə oyununda xəsarət alan Juan Palinya və Pepenin Qətərlə matçda iştirak etməyəcəyini bildirib: "Həkimlər heyəti onların zədələrinin ciddi olmadığını və 2-3 günə tam hazır olacağını söyləyib. Hər ikisi Azərbaycanla matçadək bərpa olunacaq".

Qeyd edək ki, bu gün keçiriləcək Qətər - Portuqaliya qarşılaşması Bakı vaxtı ilə saat 20:45-də başlayacaq. Sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan - Portuqaliya oyunu saat 20:00-da start götürəcək.