UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan “Dinamo”(Tbilisi) klubu daha bir futbolçusu ilə yolları ayırıb.
Offsideplus.az xəbər verir ki, “Portu” paytaxt təmsilçisinin 18 yaşlı oyunçusu Giorgi Abuaşvilini heyətinə qatıb.
Portuqaliya təmsilçisi bu keçid üçün “Dinamo”ya 240 min avro ödəyib.
Qeyd edək ki, gürcülər bir neçə gün əvvəl digər gənc futbolçusu Luka Qaqnidzeni 1,5 milyon avro qarşılığında Rusiyanın "Spartak"(Moskva) klubuna satıb.