"Portu" klubu qapıçısı İker Kasilyasla müqaviləni yeniləyib.
Offsideplus.az xəbər verir ki, 37 yaşlı qolkiper 2019-cu ilin iyun ayına kimi Portuqaliya təmsilçisində çıxış edəcək.
Qeyd edək ki, 2015-ci ildən "Portu"da çıxış edən Kasilyas bu mövsüm komandası ilə ölkə çempionluğunu qazanıb.