Portuqaliya çempionatında 2019/2020-ci illər mövsümünün qalibi “Portu” olub.
Offsideplus.az xəbər verir ki, İspaniyalı qolkiper İker Kasilyas klubun heyətində heç bir matça çıxmasa da, əsas heyətin üzvü kimi qızıl mükafata layiq görülüb.
Məşhur qapıçı “Instagram” səhifəsində çempionluğunu şərh edib. “Məni bu medala təltif edən həmkarlarıma təşəkkür etmək üçün deməyə söz tapmıram. Bu, adi jestə oxşayır, amma mənim üçün belə deyil”.
2019-cu ilin mayında İker Kasilyas “Portu”nun məşq bazasında infarkt keçirib. O, bu hadisədən sonra peşəkar səviyyədə matçlarda iştirak edə bilməyib. "Real"a qayıdacağı gözlənilən futbolçu peşəkar karyerasını bitirməyib.