"Portu"nun qapıçısı İker Kasilyas üçün Portuqaliya Liqasının 28-ci turunda "Belenenseş"lə görüş əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, bu matç önün peşəkar futbolçu karyerasının 1000-ci oyunu olub. Bununla da o, "Real"ın sabiq hücumçusu Rauldan sonra bu qədər oyun keçirmiş ikinci ispan olub.
Qeyd edək ki, Kasilyas "Real"da 725, "Portu"da 108 və İspaniya millisində 167 oyuna çıxıb.
Əlavə edək ki, "Belenenseş" - "Portu" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.