İker Kasilyas bu mövsüm yekunlaşdıqdan sonra “Portu”nu tərk edəcək.
Offsideplus.az xəbər verir ki, klubun direktoru Fransisko Markeş bildirib ki, ispan qapıçı ilə müqavilənin müddəti bu yay başa çatır: “Onun maaşı yüksəkdir. Müqaviləsi başa çatana qədər biz onun pulunu ödəyəcəyik. Sonra isə onunla əməkdaşlığı dayandırmağı düşünürük. Başqa yolumuz yoxdur. Bununla biz hər il bir neçə milyon avroya qənaət etmiş olacağıq”.
Xatırladaq ki, 36 yaşlı Kasilyas 2015-ci ildən “Portu”da oynayır. Həmin vaxta qədər isə o, “Real”da çıxış edib.