Hazırda “Portu”nun şərəfini qoruyan İspaniya yığmasının sabiq qapıçısı İker Kasilyas bu mövsümün sonunda karyerasını başa vurmağa hazırlaşmır.
Offsideplus.az xəbər verir ki, 36 yaşlı futbolçunun Portuqaliya klubu ilə müqaviləsinin müddəti 2018-ci ilin iyun ayında başa çatacaq. Lakin o, bu komandanı tərk etdikdən sonra karyerasını İtaliyada davam etdirməyi planlaşdırır. Bu barədə “Calciomercato” nəşri məlumat yayıb. Bildirilir ki, Kasilyas növbəti mövsümdən A Seriyasında çıxış etməyi düşünür. Hətta onun öz agentinə İtaliyada klub tapmaq tapşırığı verdiyi də bildirilir.
Madrid “Real”ının yetirməsi olan Kasilyas karyerasının böyük hissəsini məhz bu klubda keçirib. O, 2015-ci ildən “Portu”da forma geyinir.