"Porto" klubunun qapıçısı İker Kasilyas məşq zamanı infarkt keçirib.
Offsideplus.az xəbər verir ki, sinəsində kəskin ağrı hiss edən 37 yaşlı qolkiperin halı pisləşib. Xəstəxanaya aparılan Kasilyasa kiçik cərrahi müdaxilə edilib. Onun hazırda həyati təhlükəsinin olmadığı bildirilib.
İspan qapıçının bu mövsüm daha oynamayacağı qeyd olunub.