Ətrafımızdakı insanların bəziləri sol əllə yemək yeyir, sol əllə iş görür, elə sol əllə də yazı yazırlar.
Məhz o insanların şərəfinə 13 avqust Beynəlxalq Solaxaylar Günü kimi qeyd olunur.
Hazırda dünyada 708 milyon solaxay insan var. Solaxay olmaq bu insanların uğur qazanmalarına mane olmur, hətta öz sahələri üzrə məşhur olurlar.
Futbolçular arasında da solaxay oyunçular az deyil. Hücumda və ya müdafiədə, əsasən sol cinahda çıxış edən bu oyunçuların məşqçilərin sevimlisi olduğunu deyə bilərik. Çünki sağ ayağı işlək olan futbolçular onsuz da üstünlük təşkil edir, solaxaylar isə nadir ələ düşürlər. Bəzən bu fotbolçular nəinki solaxay futbolçular arasında, həmçinin bütün dünyanın ən yaxşı oyunçusuna çevrilirlər.
Offsideplus.az məşhur solaxay futbolçuları sizlərə təqdim edir:
20. Petr Çex
19. Adriano
18. Karl-Heinz Şnellinger
17. Rud Krol
16. Alfredo Di Stefano
15. Yohan Kroyf
14. Ferenk Puskas
13. Mesut Özil
12. David Silva
11. Robin Van Persi
10. İker Kasilyas
9. Esteban Kombiyasso
8. Patris Evra
7. Eşli Koul
6. Paulo Maldini
5. Raul Qonzalez
4. Roberto Karlos
3. Rayan Giqqz
2. Dieqo Maradona
1. Lionel Messi