Azərbaycan millisinin sabiq futbolçusu Cavid İmamverdiyev klubunu dəyişib.
Bu barədə futbolçu Offsideplus.az saytına açıqlamasında məlumat verib.
O bildirib ki, bundan sonra Region Liqasında çıxış edən “Zəngəzur” komandasında forma geyinəcək: “Sheki City”də heç bir problemim olmayıb. Həm klub rəhbərliyi, həm də məşqçi ilə münasibətlərim yaxşı idi. Sadəcə, “Zəngəzur”un təklif etdiyi maliyyə şərtləri daha yaxşı olduğu üçün komandanı dəyişdim. Bu mövsümü orada keçirəcəyəm. Hələ ki, futbolçu karyeramı bitirməyi düşünmürəm”.
Qeyd edək ki, 36 yaşlı hücumçu ötən ilin sentyabr ayında “Sheki City” komandasına qoşulmuşdu. Peşəkar Futbol Liqasının açıqladığı statistikaya əsasən, C. İmamverdiyev 65 qolla Azərbaycan II Liqasının ən yaxşı bombardiridir.



