Parisdə keçirilən Yay Olimpiya Oyunlarında daha bir boksçumuz mübarizəyə başlayıb. 

Offsideplus.az xəbər verir ki, söhbət Məhəmməd Abdullayevdən gedir.

Yığmamızın açılış mərasimindəki bayraqdarı +92 kq çəkidə ilk döyüşünü keçirib. O, 1/8 finalda qüvvəsini sınayıb. Abdullayevin Fransa paytaxtındakı ilk rəqibi Nelvi Tiafak (Almaniya) olub.

Rəqibinə 0:5 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə uduzan bayraqdar Olimpiadada çıxışını başa vurub.