Azərbaycanın qadın stend atıcıları Polşada təşkil olunan III Avropa Oyunlarında medalçı ola bilməyiblər.

Offsideplus.az xəbər verir ki, skit növündə təsnifat mərhələsində 4-cü yeri tutan Regina Meftəhətdinova, Nurlana Cəfərova, Sevda Nəcəfovadan ibarət komanda bürünc medal uğrunda görüşdə Çexiyaya uduzublar.

Bu gün həmçininin güllə atıcıları Ruslan Lunyov və Nigar Nəsirova növbəti çıxışlarını ediblər.

Qarışıq komanda tapança ilə 25 metr məsafədən atəş açmada təsnifat mərhələsini 525 xalla başa vurub.

Onlar 9 komanda arasında sonuncu yeri tutublar və final mərhələsinə yüksələ bilməyiblər.