Polşada keçirilən III Avropa Oyunlarında Azərbaycan taekvondoçusu Qaşım Maqomedov (58 kq) bürünc medal sahibi olub.
Offsideplus.az xəbər verir ki, o, 3-cü yer uğrunda görüşdə Matias Lomartire (İtaliya) ilə üz-üzə gəlib. Rəqibinə qalib gələn idmançımız bürünc medala yiyələnib.
Qeyd edək ki, Minayə Əkbərova (46 kq) isə üçüncü yer uğrunda görüşdə Kiriaki Kuttukiyə (Kipr) uduzub.
Xatırladaq ki, bu gün karateçimiz İrina Zaretska III Avropa Oyunlarının qalibi olub.