Yüngül atletika üzrə Dünya və Avropa çempionu Ramil Quliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında medal qazana bilməməsinin səbəblərini açıqlayıb.
Offsideplus.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, Türkiyəni təmsil edən azərbaycanlı sprinter səhhətində yaranmış problemləri səbəb olaraq gətirib.
“Olimpiadada medan qazanmaq istəyirdim, lakin səhhətimdə olan problemlərə görə bunu etmək mümkün olmadı. Hər şey əlimizdə deyil. Məşqlərdə 100 faiz güclə çalışdım, əlimdən gələni etdim. Qismət deyilmiş.
Qarşıda bizi Dünya və Avropa çempionatları, İslam Həmrəylik Oyunları, Akdeniz Oyunları və Superliqa gözləyir. Əlimizdən gələni edəcəyik ki, komanda adına yaxşı çıxış edək”.
Qeyd edək ki, Ramil Quliyev bu il keçirilən Olimpiadada yarımfinalda 6-cı olaraq finala yüksələ bilməmişdi.