Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarında 15-ci medalını qazanıb.
Offsideplus.az xəbər verir ki, para-atletimiz Lamiyə Vəliyeva gümüş medal qazanıb. O, 100 metr məsafəyə qaçışda 11.99 saniyə göstərici ilə ikinci olub.
Qeyd edək ki, Azərbaycan komandası indiyədək 10 qızıl, 1 gümüş və 4 bürünc medal əldə edib.