Azərbaycan parataekvondoçusu Aynur Məmmədova Tokio-2020 Yay Paralimpiya Oyunlarında iştirak edə bilməyəcək.

Milli Paralimpiya Komitəsindən Offsideplus.az-a verilən məlumata görə, buna 42 yaşlı idmançının hər iki koronavirus testinin müsbət çıxması səbəb olub.

Məmmədovanın yarışlardan kənarlaşdırılması onun komanda yoldaşlarına təsir etməyəcək.

Qeyd edək ki, daha əvvəl paracüdoçu Ramil Qasımovun koronavirusa yoluxduğu üçün eyni aqibətlə üzləşib.