Raman Saleh Tokio-2020 Yay Paralimpiya Oyunlarında adını finala yazdırıb.

Offsideplus.az xəbər verir ki, üzgüçülük idman növü üzrə təmsilçimiz Raman Saleh 100 metr - sərbəst kateqoriyasında 53.89 saniyə nəticə ilə final mərhələsinə vəsiqə əldə edib.

Qeyd edək ki, o, daha əvvəl 100 metr məsafəyə üzgüçülük yarışlarında qızıl medal qazanıb.